Azərbaycanın Əməkdar artisti Aygün Hümbətovanın (Bəylər) vəfat edib. Bu haqda bu gün, 7 yanvar tarixində Bakuplus.az xəbər verir.
Sənətçi Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edib. Müğənninin uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi. Əməkdar artistin nəşi Bakıya gətiriləcək.
Aygün Bəylər (Hümmətova) 22 avqust 1975-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub.
2002-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə Aygün Bəylər “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin!