Əməkdar artist Aygün Bəylərlə vida mərasimi keçiriləcək. Bu haqda bu gün, 8 yanvar tarixində Bakuplus.az xəbər verir.
Sənətçi ilə bu gün saat 11:00-da Suraxanı rayonu, Əmircan qəsəbəsində vida mərasimi təşkil olunacaq. Saat 13:00-da mərhum kənd qəbiristanlığında dəfn olunacaq.
Daha öncə müğənninin Türkiyədə vəfat etməsi barədə məlumat verilmişdi.