Aygün Bəylərin qardaşı dəfnə buraxılmayıb. Bu haqda bu gün, 8 yanvar tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Əməkdar artist Aygün Hümmətovanın həbsdə olan qardaşı Abbas Hümmətov bacısının dəfninə buraxılmayıb.
Penitensiar Xidmətdən bildirilib ki, A.Hümmətovun törətdiyi cinayət ağır olduğundan məhkumun bacısının dəfnində iştirakı mümkün deyil.
Abbas Hümmətov 2013-cü ildə daha 4 nəfər şəxslə əlbir olaraq Bakı şəhər sakini Elnur Hümbətovu qətlə yetirib, daha sonra Qala qəsəbəsində basdırıb. O, 14 il müddətinə azadlıqdan məhrum edilib.