Aygün Kazımovadan səhifəni qaytarmaq üçün pul istəyiblər. Bu haqda bu gün, 18 yanvar tarixində Bakuplus.az xəbər verir.
Dələduzlar Xalq artisti Aygün Kazımovanın 1 milyon 400 mindən çox izləyicisi olan səhifəsini qaytamar üçün müğənnidən 10.000 avro tələb ediblər.
“Aygün Kazımova, bunu oxuyursansa, 10 min avro (18.482 manat) bitkoin üçün mənə “Telegram”da yazın, hesabınızı geri alacaqsınız. Mənə güvənməsəniz, ruslara sataram”, – deyə səhifənin hekayə bölməsində paylaşım olunub.
Daha öncə Azərbaycanın bir sıra məşhurlarına kiberhücum edilmişdi.
[caption id="attachment_126673" align="alignnone" width="640"]
Foto açıq mənbədən[/caption]