Bakıda taksi rəngləri ilə bağlı açıqlama verilib. Bu haqda bu gün, 2 aprel tarixində Bakuplus.az Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Qurumdan verilən məlumata görə, ağ və qırmızı rəng tələbi 1 iyul 2024-cü il tarixindən sonra ölkəyə gətirilən və ölkədə istehsal edilən taksilərə aiddir.
Əgər sizin başqa rəngdə avtomobiliniz varsa, bu avtomobil üçün indi və 1 iyul 2024-cü il tarixindən sonra da icazə ala bilərsiniz.