Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi 2023-ci ildə qeyd ediləcək. Tədbirlər planı Təşkilat Komitəsinin ilk iclasında müzakirə olunub.
Universitet rəhbərliyinin təklifi ilə incəsənətin müxtəlif sahələrini əks etdirən “ADMİU-99+” və “ADMİU-100” adlı silsilə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
İclasda kino və teatr festivallarının, məzunların forumlarının, ADMİU-nun yubiley tədbirlərinin, bir sıra elmi-praktik konfransların keçirilməsi məsələləri müzakirə olunub.
Həmçinin, universitetin tarixinə dair kitabın, “Universitetin tarixi fotoşəkillərdə” fotoalbomunun hazırlanması və nəşri, ADMİU-nun inkişafı haqqında sənədli filmin istehsalı və digər təkliflər səslədirilib.