Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir
“Azneft” İstehsalat Birliyinin keçmiş baş direktoru Şahmar Hüseynov SOCAR-in prezidenti Rövşən Nəcəfə yeni müşavir təyin edilib.
Daha öncə Əli Qurbanov “Azneft” İB-nin yeni baş direktoru təyin edilmişdi. O, bundan əvvəl “Umid-Babək Əməliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru vəzifəsində çalışıb.