Azərbaycan Alpinizm Federasiyasının üzvləri Türkiyənin Hatay vilayətinə yola düşüblər. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az məlumat verir.
Verilən məlumata görə, 5 nəfərdən ibarət Azərbaycan komandası buzadırmanma yarışları üçün Türkiyənin Ərzurum şəhərinə yollanıb. Lakin fevralın 6-da baş verən güclü zəlzələdən sonra komandanın iki üzvü - federasiyanın baş katibi, idman ustası İsrafil Aşurlı və sədr Rinat Rəhimxanov təcili olaraq dağıntı ərazisinə getmək qərarına gəliblər.
Hər iki idmançı dəfələrlə dağlıq ərazilərdə xilasetmə işlərində iştirak edib.
Komandanın digər üzvləri Ərzurumda öz fəaliyyətini davam etdirir.
[video width="720" height="1280" mp4="https://bakuplus.az/storage/photos/2023/02/azazaz.mp4"][/video]