Azərbaycanda müəllimlərin maaşları qaldırılıb. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Prezidentin rəsmi saytına istinadən xəbər verir.
Yeni qərara əsasən, peşə təhsili müəssisələrində çalışan müəllimlərin, gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları 10% artırılıb.
Yeni maaş 1 fevral 2023-cü il tarixindən etibarən hesablanacaq.