Azərbaycanda ağıllı arı yeşikləri istehsal ediləcək. Bu haqda 8 yanvar tarixində Bakuplus.az Azərbaycan Milli Elmlər Akademiyasına istinadən xəbər verir.
Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı tərəfindən “Smart” arı yeşiklərinin istehsalı təşkil ediləcək. Bu yeşiklərin özəlliyi ondan ibarətdir ki, içərisində quraşdırılan xüsusi sensor cihazların sayəsində arı yeşiklərində temperatur, atmosfer təzyiqi, coğrafi yerləşmə və yerdəyişmə, arıların hərəkəti və xəstəliklərinin diaqnostikasını öyrənmək mümkün olacaq.
Bundan əlavə, qutuların içərisinə məhsulun həcmini ölçəcək tərəzi yerləşdiriləcək, yeşiklərin yerləşmə və açılıb-bağlanması ilə bağlı məlumatları fermerə ötürəcək proqram təminatı hazırlanacaq. Müəssisənin illik istehsal gücü 500 min ədəd ağıllı arı yeşiyi təşkil edəcək.