Azərbaycan Milli İncəsənət Muzeyinə yeni direktor təyin olunub. Bu haqda bu gün, 22 noyabr tarixində Bakuplus.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.
45 yaşlı Şirin Məlikova adıçəkilən muzeyin direktoru vəzifəsinə təyin edilib. Bu haqda mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.
Azərbaycan Milli İncəsənət Muzeyinin sabiq direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev yaşla əlaqədar təqaüdə çıxıb.
Ş.Məlikova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Sənətşünaslıq fakültəsində bakalavr və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) Təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə magistraturada oxuyub.
Həmçinin o, "Azərbaycan XIV-XVIII əsrlər bədii parça və tikmələri" mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. ADMİU-da və ADRA-da pedaqoji fəaliyyət göstərib. Azərbaycan Milli Xalça Muzeyinin direktoru vəzifəsində çalışıb.