Ülvi Baxşəliyev vəzifəsindən geri çağırılıb. Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az xəbər verir.
Ülvi Baxşəliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Bu haqda Prezident İlham Əliyev Sərəncam imzalayıb.