Azərbaycanın Əməkdar elm xadimi Solmaz İsrafilbəyli 95 yaşında vəfat edib. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Şöhrət” ordenli həkim S.İsrafilbəyli 13 mart 1928-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Elm xadimi 1982-1989-cu illərdə Azərbaycanın baş mama-ginekoloqu, Respublika mama-ginekoloqlar cəmiyyətinin sədri vəzifəsində çalışıb.
Solmaz İsrafilbəyli 165 elmi məqalənin, 3 monoqrafiyanın müəllifidir.