Azərbaycanın ilk qadın arxeoloqlardan biri vəfat edib. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Tarix üzrə fəlsəfə doktoru Firuzə Muradova dünyasını dəyişib. Onun 90 yaşı var idi.
F.Muradova Bakı şəhərində anadan olub, 190 saylı orta məktəbi bitirib. Daha sonra o, Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib və AMEA Tarix İnstitutunda laborant kimi əmək fəaliyyətinə başlayıb. F.Muradova Qobustanın maddi-mədəniyyət problemləri üzrə tədqiqatlarını davam etdirərək ərazinin üst paleolitdən orta əsrlər dövrünədək aktual məsələlərini tədqiq edib.
Elm xadimi 3 kitab və 100-dən artıq məqalənin müəllifidir.