Beynəlxalq axtarışda olan Çingiz Mahmudzadənin cinayət işi üzrə istintaq yekunlaşaraq məhkəməyə göndərilib. Bu haqda bu gün, 25 dekabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Məhkəmə prosesi Bakı Şəhəri Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxov tərəfindən aparılacaq.
Mahmudzadənin xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib. O, istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Cari il oktyabrın 5-də Mahmudzadə Gürcüstanda tapılaraq Azərbaycana gətirilib.