Bakıda tanınmış həkim dünyasını dəyişib. Bu haqda bu gün, 11 mart tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Azərbaycan Tibb Universitetinin müəllimi, nevropatoloq İsa Alışanov vəfat edib. Bununla bağlı onun yaxınları məlumat paylaşıblar. Həkimin gecə saatlarında ürəktutmadan dünyasını dəyişdiyi qeyd olunub.
Qeyd edək ki, mərhum Laçının Ağbulaq kəndində anadan olub.