Azərbaycan və Ermənistan XİN başçılarının Nyu-Yorkda keçiriləcək görüşünün vaxtı müəyyənləşib.
Report xəbər verir ki, BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ-nin dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş bu gün Nyu-York vaxtı ilə səhər saat 10.15-də keçiriləcək.