top
Azərbaycan və Ermənistan arasında hərbi qulluqçuların qarşılıqlı azadlığa buraxılması barədə razılıq əldə olunub
07 dekabr 2023, 22:38
- ↺ +

Azərbaycan və Ermənistan arasında hərbi qulluqçuların qarşılıqlı azadlığa buraxılması barədə razılıq əldə olunub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Ermənistan Respublikasının Baş Naziri Aparatı arasında aparılan danışıqlar nəticəsində 32 erməniəsilli şəxsin Azərbaycan tərəfindən, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilmələri barədə razılıq əldə olunub. Bu haqda bu gün, 8 dekabr tarixində Bakuplus.az məlumat verir.

Ermənistana qaytarılması nəzərdə tutulan 32 nəfər (26 nəfər 2020-ci ilin dekabrında Hadrut istiqamətində keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmiş şəxslər, qalan 6 nəfər müxtəlif vaxtlarda sərhəddə saxlanılmış şəxslər) artıq cəzalarının böyük hissəsini çəkiblər.

Azərbaycan Ordusunun əsgərləri - 19 yaşlı Aqşin Bəbirov və 20 yaşlı Hüseyn Axundov aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Ermənistan məhkəməsi mayın 8-də A.Bəbirovu 11,5 il müddətinə, iyunun 21-də isə H.Axundovu 20 il müddətinə azadlıqdan məhrum edib. Bu yaxınlarda hərbçilərimizin Vətənə qaytarılması nəzərdə tutulub.

Azərbaycanın azad edəcəyi 32 erməninin siyahısı:

I. 13-14 dekabr 2020-ci il tarixlərində Hadrut istiqamətində həyata keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmiş şəxslər (26 nəfər):


  1. Avakyan Hraç Arzumanoviç;
    2. Serobyan Geqam Samveloviç;
    3. Hovanesyan Haykaz Koryunoviç;
    4. Tosunyan Levon Aşotoviç;
    5. Baqdasaryan Artur Eduardoviç;
    6. Stepanyan David Stepanoviç;
    7. Herabyan Hrayr Hraçoviç;
    8. Mikaelyan Andranik Vazgenoviç;
    9. Avakyan Serop Surenoviç;
    10. Kostanyan Narek Aqaoviç;
    11. Harutyunyan Varazdat Seryojeviç;
    12. Martoyan Manuk Hovanesoviç;
    13. Vardanyan Arsen Araikoviç;
    14. Dilanyan Arman Vazgenoviç;
    15. Tadevosyan Hrayr Vardanoviç;
    16. Bahrikyan Vahaqan Edikoviç;
    17. Aramyan Karen Armenoviç;
    18. Sukiasyan Andranik Srapoviç;
    19. Martirosyan Gevorq Samveloviç;
    20. Kirakosyan Eduard Armeni;
    21. Gevorkyan Robert Hovikoviç;
    22. Yegiazaryan Sasun Seyranoviç;
    23. Hakopyan Volodya Qaqikoviç;
    24. Avakyan Tiqran Manikoviç;
    25. Saqatelyan Qriqor Seyranoviç;
    26. Avetisyan Vaqarşak Aşotoviç.


II. Müxtəlif vaxtlarda Azərbaycan-Ermənistan sərhədi, habelə Laçın sərhəd buraxılış məntəqəsində tutulmuş şəxslər (6 nəfər):

1. Rafaelyan Vladimir Otari;
2. Sarqsyan İşxan Aşoti;
3. Ovagimyan Arutyun Yurikoviç;
4. Kazaryan Karen Aşotoviç;
5. Voskanyan Qagik Aşoti;
6. Eulcekcian Viken Abraham.

Cəmi: 32 nəfər.

Bununla yanaşı, xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edir ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-nin Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

Son xəbərlər

Xəbər
Bu gün, 15:45

Pensiyalar bu tarixlərdə ödəniləcək

Siyasət
Bu gün, 14:29

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Xəbər
Bu gün, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Bu gün, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Oxşar xəbərlər