“İçərişəhər” və “İçan-Qala” arasında əməkdaşlığa başlanılıb. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az Azərtac-a istinadən xəbər verir.
Azərbaycan və Özbəkistan qoruqları arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq haqqında protokol imzalanıb. Əməkdaşlıq çərçivəsində mədəni irsin təşviqi, turizm və mədəniyyət sahələrində birgə tədbirlərin təşkilinin həyata keçirilməsi nəzərdə tutulub.
Bununla bağlı “İçərişəhər” DTMQ-nin idarə heyətinin sədri Şahin Seyidzadə və “İçan-Qala” Dövlət Muzey Qoruğunun direktor müavini Rustom Erniyazov memorandum imzalayıblar.