Ermənistana casusluq edən şəxsə hökm oxunub. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, 43 yaşlı Emil Məmmədov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
O, Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə düşmən xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirirdi.