Azərbaycanda Fitr bayramı 10 aprel tarixinə təsadüf edəcək. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az xəbər verir.
İslam qanunlarına görə, Şəvval ayının ilk günü Fitr bayramı hesab olunur. Həmin gün bayram namazları qılınır və fitrə zəkatı verilir.
Bayram namazını qılmaq niyyətində olan şəxs fitrə pulunu namaza kimi verməlidir. Bayram namazını qılmaq niyyəti olmayan şəxs isə fitrə zəkatını ödəməyi bayram günü zöhr azanınadək təxirə sala bilər. Fitrə zəkatı ailə üzvlərinin sayına görə, adambaşına ən azı 10 AZN məbləğində verilməlidir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev qeyd edib ki, fitrə zəkatını bank kartlarına köçürməklə də çıxarmaq olar.