Ölkədə iş gününün müddəti qısaldılır. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.
Qanuna əsasən, bayram günləri və Ümumxalq Hüzn Günü öncəsi iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq, 1 saat qısaldılır.
Bu səbəbdən həm beşgünlük, həm də altıgünlük iş həftəsində 30 dekabr tarixində iş gününün müddəti 1 saat qısaldılır.