Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-20 dekabr tarixlərində Bakıda ilk dəfə olaraq “Mədəni İrs” forumu keçiriləcək. Bu haqda bu gün, 27 noyabr tarixində Bakuplus.az Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Forum ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində keçiriləcək.
Tanınmış tarixçilərin, arxeoloqların, rəssamların, memarların, heykəltaraşların və digər mədəniyyət xadimlərinin iştirakı ilə keçiriləcək forumda Azərbaycan mədəniyyətinin və milli irsinin qorunub saxlanılması, inkişafı və təbliği, mövcud vəziyyət, Azərbaycan xalqının milli irsinin qorunması, inkişafı və təbliği məsələləri ətrafında geniş müzakirələr aparılacaq, müxtəlif mövzularda panellər təşkil olunacaq.
Forumda iştirak etmək istəyən şəxslər 10 dekabr tarixinədək https://culture.az/medeniirsforumu saytında onlayn müraciət etməklə qeydiyyatdan keçə bilərlər.