Azərbaycanda siqaretin qiymətində bahalaşma müşahidə olunur. Bu haqda bu gün, 3 yanvar tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Pərakəndə ticarətlə məşğul olan şəxslərin verdiyi məlumata əsasən, siqaretin qiymətində 10%-ə yaxın bahalaşma var.
Belə ki, markasından asılı olaraq, 1 qutunun qiymətində 20 - 50 qəpik arası bahalaşma müşahidə edilir.
1 yanvar tarixindən Vergi Məcəlləsində tütün məmulatları və alkoqollu içkilərə görə aksiz dərəcələri artırılıb.