Respublikada taksi qiyməti bahalaşıb. Bu haqda bu gün, 19 dekabr tarixində Bakuplus.az Sputnik.az-a istinadən xəbər verir.
“Bolt” taksi sürücülərindən verilən məlumata əsasən, son iki gündür onlara gediş haqqında 10 faiz artımın olacağı barədə bildiriş gəlib. Lakin bildirilir ki, gediş haqqında bahalaşma ancaq yaxın məsafələrə tətbiq edilib.
“Bolt Azərbaycan” şirkəti taksilərdə 10 faiz qiymət artımının olduğunu təsdiqləyib və artımın bütün sifarişlərə xas olduğunu qeyd edib.
Hazırda “Bolt”-da minimal gediş haqqı 2,50 manatdır.