Azərbaycanda taksi sürücülərinə icazə vərəqələri verilməyə bilər. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülər taksi fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcəklər.