Azərbaycanda taksilər ancaq 2 rəngdə olacaq. Bu haqda bu gün, 28 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycanda taksi minik avtomobilləri ağ və yaxud qırmızı rənglərdə olacaq. Həmçinin sərnişinin daşınmasını bildirən xüsusi cihaz yerləşdirildikdə həmin cihaz avtomobilin alın şüşəsinin yuxarı sağ küncündə və yaxud taksi fənərinin yanında yerləşdirilməli, həmin avtomobilin boş və yaxud dolu olduğunu bildirməklə müvafiq olaraq yaşıl və qırmızı rəngdə işıqsaçan olmalıdır.
Bundan əlavə, taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır. 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə buraxılış kartı verilməyəcək.
15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri isə taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.
Bununla bağlı Nazirlər Kabineti qərar verib.