Azərbaycan ərazisində TIR parkları yaradılacaq. Bu haqda bu gün, 22 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
TIR parklarının yaradılması ilə bağlı ən azı 3 nümunəvi layihə hazırlanacaq. Bu istiqamətdə aşağıdakı avtomobil yollarında konseptual araşdırmalar aparılacaq:
- M-1, Bakı-Quba- Rusiya Federasiyası ilə dövlət sərhədi;
- M-2, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi;
- M-3, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi;
- M-4, Bakı-Şamaxı-Yevlax;
- M-5, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi;
- M-6, Hacıqabul-Bəhramtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi.
TIR parklarında parkinq yerini rezerv etmə imkanı, avtoyuma, yanacaqdoldurma, təmir, təhlükəli, iriqabaritli və ağırçəkili yüklər üçün parklanma yerləri, hotel, tibbi yardım, internet, yüklərin mühafizəsi, bankomat və ödəniş terminalları, hamam, sanitar qovşaq və s. xidmətlər göstəriləcək.
Bununla bağlı beynəlxalq və ölkədaxili yük daşımaları həyata keçirən minimum 70%-i əcnəbi sürücülər olmaqla ən azı 100 sürücü arasında sorğu keçiriləcək və onların rast gəldikləri çətinliklər və gözləntilər öyrəniləcək.