Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Dünya Bankının nümayəndələri 2040-cı ilədək Bakının inkişafına dair Baş planı müzakirə ediblər. Bu haqda bu gün, 20 yanvar tarixində Bakuplus.az komitəyə istinadən məlumat verir.
Komitənin sədri Anar Quliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionunun Davamlı İnkişaf üzrə regional direktoru Sameh Vahba ilə görüşdə paytaxtın Baş planının konsepsiyası və prioritetləri barədə danışıb.
Tərəflər Azərbaycanda davamlı şəhərsalma, bərpa olunan enerji mənbələri, iqlim dəyişikliyi, abadlıq və rəqəmsallaşma sahəsində birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.