“Azərenerji” ASC-nin rəhbərliyində kadr dəyişikliyi olub. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az Unikal.az-a istinadən xəbər verir.
“Azəriqaz” İstehsalat Birliyinin sabiq baş direktoru Ruslan Əliyev “Azərenerji” ASC-nin departament direktoru təyin olunub. Bu haqda qurumun prezidenti Baba Rzayev əmr imzalayıb.
Ruslan Əliyev ötən ay "Azəriqaz"ın baş direktoru vəzifəsindən azad edilib.