Bakının Suraxanı rayonunda yerləşən "Azəristiliktəchizat" ASC-nin 9 saylı İstilik Sistemləri İstismar Sahəsinə yeni rəis təyin olunub. Bu haqda bu gün, 17 oktyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Vəzifə sahənin baş mühəndisi Elçin Rəcəbova həvalə edilib. Rəcəbov səhhəti ilə əlaqədar öz xahişi ilə işdən azad edilən Nüsrət Abdullayevi əvəz edəcək.
Sahə Yeni Günəşli qəsəbəsində 153 yaşayış binası, 8882 mənzil, 4 məktəb, 8 uşaq bağçası, 29 digər təsərrüfat obyektlərinə xidmət göstərir.