“Azərpoçt” MMC-nin rəisi barəsində cinayət işi başlanılıb. Bu haqda 1 dekabr tarixində APA məlumat verib.
6 saylı Poçt Filialının Müştəri xidmətləri şöbəsinin rəisi Eldar Əhmədov pul mənimsəmədə ittiham olunur. O,Cinayət Məcəlləsinin “Mənimsəmə, külli miqdarda törədildikdə” maddəsi ilə təqsirləndirilib və ona qarşı cinayət işi açılıb.
İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.