Daha bir kommunal xidmət gücləndirilmiş iş rejiminə keçir. Bu haqda bu gün, 19 mart tarixində Bakuplus.az “Azərsu”ya istinadən xəbər verir.
Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mərkəzi idarə aparatında, regional, yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq.
İstehlakçılardan xahiş olunur ki, içməli su təchizatı və kanalizasiya xidmətlərində yarana biləcək problemlərlə əlaqədar 955 Zəng Mərkəzinə müraciət etsinlər.
“Bayram günlərində hidrotexniki qurğularda, anbarlarda və magistral xətlərdə hər hansı planlı təmir-bərpa, qoşulma və profilaktik işlər aparılmayacaq”, – deyə qurum qeyd edib.