“Azərsu” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Bu haqda bu gün, 9 aprel tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mərkəzi idarə aparatında, regional, yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək.
Bayram günlərində hidrotexniki qurğularda, anbarlarda və magistral xətlərdə hər hansı planlı təmir-bərpa, qoşulma və profilaktik işlər aparılmayacaq.
Yarana biləcək problemlərlə əlaqədar 955 Zəng Mərkəzinə müraciət etmək mümkün olacaq.