“Azərbaycan Hava Yolları” QSC (AZAL) Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində sərnişinlərə müraciət edib. Bu haqda bu gün, Bakuplus.az şirkətə istinadən məlumat verir.
Bayramlarla əlaqədar Bakı-Naxçıvan-Bakı marşrutu üzrə tələbat artır. Bu səbəbdən səyahət etməyi planlaşdıranlara aviabiletləri öncədən əldə etmək tövsiyə edilir.
Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, yenilənmiş mobil tətbiqindən və ya AZAL-in kassalarından əldə etmək mümkündür.
Əlavə məlumat üçün sərnişinlər callcenter@azal.az elektron ünvanı və ya +994(55) 204 65 54 WhatsApp nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.