AZAL aviadaşıyıcısı mayın 2-dən Bakı-Vyana-Bakı marşrutu üzrə birbaşa reyslər həyata keçirəcək. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az şirkətin mətbuat xidmətinə istinadən məlumat verir.
Uçuşlar çərşənbə axşamı və cümə günləri keçiriləcək.
Biletlər www.azal.az saytında və AZAL mobil tətbiqində satılır.