Azərbaycan Hava Yolları təyyarəsinin uçuşu gecikib. Bu haqda bu gün, 12 mart tarixində Bakuplus.az aviaşirkətə istinadən xəbər verir.
Ankara–Bakı marşrutu üzrə J2 8004 reysini yerinə yetirən təyyarənin uçuşu texniki səbəbdən gecikir.
“Reysin sərnişinləri Esenboğa Beynəlxalq Hava Limanına yaxın hoteldə yerləşdiriləcək və aviaşirkətin qaydalarına uyğun olaraq, qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcəklər”, – deyə məlumatda qeyd edilib.
Aviaşirkət yaranmış narahatlığa görə üzr istəyir.