AZAL-in təyyarəsi Milana təcili eniş edib. Bu haqda bu gün, 18 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
"Azərbaycan Hava Yolları" QSC (AZAL) aviaşirkətinin AHY-035 nömrəli təyyarəsi Bakı-Milan reysi ilə uçan zaman hava şəraiti ilə əlaqədar Milanın ehtiyat hava limanına enməyə qərar verib.
Hava gəmisi yerli vaxtla saat 13:10-da Milan-Linate Beynəlxalq Hava Limanına eniş edib.