“AZAL” və “Buta Airways” Türkiyəyə səyahət edə bilməyən sərnişinlərin aviabiletlərini qaytara və ya yenidən bronlaşdıra bilər. Bu haqda bu gün, 8 dekabr tarixində Bakuplus.az Azərbaycan Hava Yollarına istinadən məlumat verir.
Türkiyədə baş vermiş zəlzələlər nəticəsində Ankara, İstanbul, İzmir və Antalyaya fevralın 6-dan 21-dək gediş və geri qayıdış olan biletlər cərimə tətbiq edilmədən tam qaytarılacaq və ya ödənişsiz yenidən bronlaşdırılacaq.
Qeyd edək ki, bu qaydalar fevralın 6-dək əldə edilmiş aviabiletlərə şamil edilir.