AZAL mayın 2-dən Bakıdan Barselonaya uçuşları bərpa edir. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az aviadaşıyıcının mətbuat xidmətinə istinadən məlumat verir.
Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportundan Barselonaya və əks istiqamətdə həftədə iki dəfə: çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək.
Uçuşların cədvəli ilə daha ətraflı məlumatı aviaşirkətin rəsmi internet saytı - www.azal.az-dan əldə etmək olar. Biletlər AZAL-ın mobil tətbiqində də satılır.