Bu ilin yanvar-iyul aylarında Azərbaycan 30,95 milyon ABŞ dolları dəyərində 19 min 947 ton albalı və gilas ixrac edib.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olaraq – 19,2 % çoxdur.
Azərbaycan Rusiyaya 30,72 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 48,7 % çox) 19 min 699 ton (+18,5 %), Qazaxıstana 214 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 228 ton (+3 dəfə), Belarusa 15,4 min ABŞ dolları dəyərində (-48 %) 19,2 ton (+3,8 dəfə) və Honkonqa 1,47 min ABŞ dolları dəyərində (-69 %) 0,73 ton (-31 %) məhsul satıb.
Hesabat dövründə Azərbaycana xarici ölkələrdən 477 min ABŞ dolları dəyərində (+65 %) 351 ton (+37 %) albalı və gilas gətirilib.
Azərbaycan Türkiyədən 327 min ABŞ dolları dəyərində (+5 450 dəfə) 242 ton (+4 840 dəfə), İrandan 146 min ABŞ dolları dəyərində (+0,4 %) 108 ton (+0,4 %), Çilidən 1,59 min ABŞ dolları dəyərində (-53 %) 0,19 ton (-55 %), Çindən 0,88 min ABŞ dolları dəyərində (-54 %) 0,07 ton (-71 %), Avstraliyadan 0,61 min ABŞ dolları dəyərində 0,03 ton məhsul alıb.
Azərbaycan 5 il 11 aylıq aradan sonra Avstraliyadan tədarükü bərpa edib.
Mənbə: report.аz