top
Azərbaycanda evdən işləməklə bağlı qərar verildi – Yeni pandemiya gəlir?
08 dekabr 2025, 14:05
- ↺ +

Azərbaycanda evdən işləməklə bağlı qərar verildi – Yeni pandemiya gəlir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda əmək münasibətlərində yeni mərhələnin əsası qoyulur. Belə ki, məsafədən (distant) işləmək artıq qanuniləşdirilir. Bu yenilik Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə dəyişiklik layihəsində yer alıb. İctimaiyyətdə bu addımı növbəti pandemiyaya hazırlıq kimi qiymətləndirənlər var. 

Sözügedən qanun dəyişikliyinin səbəbi nədir? Pandemiyaya hazırlıq iddiaları nə dərəcədə realdır?

Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, məsafədən işləmək artıq dünya təcrübəsində geniş tətbiq olunan bir modeldir:

"Avropanın bir çox ölkələrində – Polşa, Almaniya, Belçika kimi dövlətlərdə – bəzi sahələrdə işçilərə müəyyən günlər məsafədən işləmək imkanı yaradılır və bu halda əməkhaqqı ofisdə işləyənlərlə eyni qaydada ödənilir. Bu, həm qlobal dəyişikliklərin, həm də informasiya texnologiyalarının verdiyi geniş imkanların nəticəsidir. Məsələn, bir jurnalist gündəlik araşdırmalarını aparır, müsahibələrini edir və yazılarını vaxtında redaksiyaya təqdim edirsə, bunun evdən yaxud ofisdən həyata keçirilməsinin ciddi fərqi qalmır. İnternet artıq işin məkan asılılığını böyük ölçüdə aradan qaldırıb və bu imkanlardan maksimum yararlanmaq vacibdir".

Ekspert qeyd edib ki, distant iş həm də bir sıra qənaətlərə səbəb olur:

"Məsələn, Bakı şəhərində həftənin bir neçə günü evdən işləmək nəqliyyata ayrılan yanacaq xərclərini azaldır, tıxac yükünü yüngülləşdirir və vaxt itkisinin qarşısını alır. Eyni zamanda evdən işləyən şəxs gündəlik yemək və digər əlavə xərclərdən yayınmış olur ki, bu da ailə büdcəsinə müsbət təsir göstərir.

Bu yanaşma sırf gələcək pandemiyaya hazırlıq kimi deyil, daha çox dünya praktikasında formalaşmış və uzun müddətdir tətbiq olunan əmək modelinə uyğunlaşma kimi qiymətləndirilməlidir".

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 10:49

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Oxşar xəbərlər