“Azneft” dairəsində hərəkətə məhdudiyyət qoyulacaq. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az Bakı Şəhər Halqasına istinadən xəbər verir.
“Formula 1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri çərçivəsində tribunaların quraşdırılması səbəbindən bu gecə saat 22:00-dan etibarən dairədə hərəkət qismən məhdudlaşdırılacaq. Nəqliyyatın hərəkəti Yol Polisi əməkdaşları tərəfindən nizamlanacaq.
Azərbaycan Qran-prisi 28-30 aprel tarixlərində baş tutacaq.