“AZZA” şirniyyat mağazaları şəbəkəsi məhkəməyə verilib. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Belə ki, adıçəkilən şirkət gömrük borclarını ödəmədiyinə görə məsuliyyətə cəlb olunub və barəsində toplanan sənədlər Nəsimi rayon Məhkəməsinə göndərilib.
Qanuna əsasən, cərimənin miqdarı gömrük borcunun 70%-dən 150%-qədər olan məbləğdir.