Bakıda fəaliyyət göstərən sığortası olan tibb işçiləri bölgələrə təhkim olunacaqlar. Bu haqda 1 dekabr tarixində APA məlumat verib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına əsasən ölkədə həkimlərin 60 % yuxarısı Bakıda işləyir. Bölgələrdə həkim çatışmamazlığı aradan götürmək üçün, böyük olan xəstəxanalardan həkimlərin bölgələrə təhkim edilməsi planı mövcuddur. Plana əsasən həmin həkimlərə fiks ödənişlər veriləcək, qalma, kommunal problemləri Agentlik tərəfindən ödəniləcək.
Hal-hazırda bölgələrdə hansı ixtisas çatışmırsa onun araşdırması aparılır.