Bakıda bərbərxanada qətl törədən şəxsə hökm oxunub. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, İsmət Qədirov 16 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə 2022-ci ilin dekabr ayında Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən kişi salonlarının birində baş verib. Təqsirkar 15 AZN üstündə bərbər işləyən 28 yaşlı İlkin Qurbanovla mübahisə edib. Nəticədə o, bərbəri bıçaqlayaraq öldürüb.