Bakıdakı Böyükşor gölü üzərində günəş panelləri quraşdırılacaq. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Energetika nazirinin müavini Elnur Soltanovun sözlərinə görə, Böyükşor gölü üzərində üzən günəş panellərinin quraşdırılması ilə bağlı layihəyə start verilib. Bu layihənin hesabına 0,1 mVt-lıq enerji gücünün əldə edilməsi nəzərdə tutulur.