Bakıdan keçmiş məcburi köçkünlərin bərpa edilmiş Füzuli şəhərinə qaytarılması davam etdirilir. Bu haqda bu gün, 13 oktyabr tarixində Bakuplus.az Azərtac-a istinadən məlumat verir.
Qaradağ rayonundakı “Qobu Park 3” yaşayış kompleksindən daha 22 ailə – 62 nəfərin Füzuliyə yola salınması təşkil olunub.
Köçkün ailələr Füzuli şəhərində yeni tikilən evlərdə məskunlaşacaqlar.
Bu günə qədər şəhərdə 230 ailə – ümumilikdə 811 nəfər daimi yaşayış yeri ilə təmin olunub.
[caption id="attachment_116397" align="alignnone" width="640"]
Foto Azərtac[/caption]