Baş Dövlət Yol Polisi İdarəsi (DYP) avtomobillərinə yazılar yapışdıran sürücülərə xəbərdarlıq edib. Bu haqda bu gün, 1 dekabr tarixində Bakuplus.az DYP-yə istinadən xəbər verir.
DYP əməkdaşları sahibkarlardan və sürücülərdən avtomobillərinə lüzumsuz yazı və fotoşəkil yapışdırmamağı xahiş edir, bununla bağlı ciddi tədbirlərin görüləcəyini diqqətlərinə çatdırırlar.
DYP-dən verilən məlumata əsasən, dəfələrlə xəbərdarlıq edilsə də, sürücülər avtomobillərin şüşələri üzərinə lüzumsuz yazılar və fotolar yapışdırmağa davam edirlər. Bu da digər sürücülərin intizamını pozur.
Son bir ay ərzində bununla əlaqədər 050-8000-902 WhatsApp nömrəsinə 131 müraciət daxil olub.