Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyində dəyişiklik olub. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az Bizim.Media-ya istinadən xəbər verir.
Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi, polis polkovniki Kamran Əliyev vəzifəsindən azad edilib.
Bununla bağlı general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. K.Əliyev xidmətdə olmanın son yaş həddinə görə təqaüdə göndərilib.